Qarabağ
Xankəndidə çərşənbə tonqalı alovlandırıldı - FOTO
Xalqımızın qədim el bayramı Novruzun gəlişi ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də bayram şənliyi ilə qeyd olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndi şəhərində Zəfər meydanında “Xankəndinin bahar nəğməsi” adlı konsert keçirilib. Yazın gəlişi Qarabağda, Xankəndidə böyük coşqu ilə qarşılanır.
Konsert şənliyində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Novruz atributları, milli ornamentlərlə bəzədilmiş Xankəndidə hazırlanan şirniyyatlara və əl işlərindən ibarət müxtəlif stendlərlə tanış olublar. Bayram təbrikləri səsləndirilib. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız qədim Novruz bayramını müstəqil, suveren, işğaldan azad olunmuş Azərbaycanın dörd bir yanında böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir. Artıq 5-ci dəfədir ki, Prezident bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayır. Prezident 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində, 2024-cü ildə Xankəndi şəhərində, bu gün 2025-ci il mart ayının 18-də isə Ağdərə rayonunun Həsənriz kəndində bayram tonqalını qaladı. Bu, böyük xoşbəxtlikdir. Novruz torpağın oyanması, ruhun təzələnməsi, həm də milli birlik bayramıdır. Böyük qürur hissi ilə deyə bilərik ki, özünün ən şanlı tarixini yaşayan müasir, suveren Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir. Bayram tədbirində Zəfər meydanında Novruz tonqalı alovlandırılıb. Ocaqlarımız yanar olsun!
-
Yaxın Şərq14:33İsrail hökumətində qarşıdurma: Netanyahu ilə onun arasında savaş gedir
-
Region13:16Paşinyanın dəmir yolu planı Moskvanı qəzəbləndirdi - Görün Lavrov necə reaksiya verdi
-
Dünya12:43Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi




































.jpg)
.jpg)

