Qarabağ
İşğaldan azad olunan ərazilərə səfər edənlərin NƏZƏRİNƏ!
Daxili İşlər Nazirliyi (DİN) bayram günlərində işğaldan azad olunan ərazilərə səfər edən şəxslərə müraciət edib.
Publika.az müraciəti təqdim edir:
"Novruz bayramını doğma diyarlarımızda - Qarabağda qeyd etmək istəyən, tətil günlərində işğaldan azad olunmuş ərazilərə səfər edən şəxslərədir müraciətimiz. Əziz və dəyərli vətəndaşlar, ölkəmizin xarici qonaqları! Bayramınızın şən əhval-ruhiyyədə, əmin-amanlıq şəraitində keçməsi üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq, təhlükəsizliyinizi təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcək. Lakin siz də üzərinizə düşən məsuliyyəti anlamalı, qaydalara biganə yanaşmamalısınız.
Bilməlisiniz ki, icazəniz varsa sərbəst və maneəsiz gediş-gəlişiniz təmin olunacaq. Müvafiq portaldan qeydiyyatdan keçərək şəxsi minik avtomobiliylə səfər edirsinizsə, ilk növbədə əvvəlcədən müəyyən olunmuş marşrutlarla hərəkət etməlisiniz. Müvəqqəti polis postlarında Sizə təqdim edilən təlimat-bildirişlərdə də qeyd olunduğu üzrə kənar yollarla getməyinizə icazə verilmir. Əraziyə spirtli içki, tez alışan və partlayıcı maddə aparmamaq, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə səfər etmək xahişimiz və tələbimizdir.
Bir sözlə, Şuşada, Laçında, Zəngilanda, Füzulidə, Ağdərədə və Qarabağımızın digər dilbər guşələrində bütün təhlükəsizlik qaydalarına əməl etməli, ictimai narahatlıq yaradan hallardan çəkinməli, davranışlarınızla sabitlik mühitinə xələl gətirməməlisiniz. Gəlin, bu xüsusi günlərdə hər zamankından daha çox həmrəy olaq, xətasız-bəlasız, firavan, sevgi və xoşbəxtlik dolu anlara şahidlik edək".
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































