Qarabağ
Paşinyandan Azərbaycanla sülh müqaviləsi haqda kritik açıqlama: Radikal addım atacam
Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, respublikanın əsas qanununa dəyişiklik təşəbbüsü ilə şəxsən çıxış edəcəm.
Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu “İrəvan dialoqu” beynəlxalq forumunda deyib.
Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik, deyən siyasətçi bildirib ki, burada seçim yoxdur.
Əgər Ermənistan Konstitusiya Məhkəməsi razılaşmanın qanuna uyğun olmadığına qərar verərsə, o zaman Paşinyanın şəxsi mövqeyi ondan ibarətdir ki, o, konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacaq: "Hesab edirəm ki, sülh bağlamaq fürsətini əldən vermək olmaz".
Qeyd edək ki, martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi Bakı ilə sülh müqaviləsinin mətninin hər iki tərəfdən razılaşdırıldığını və İrəvanın imzalanma yeri və vaxtı ilə bağlı təklifləri müzakirə etməyə hazır olduğunu bildirib. Öz növbəsində Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, sazişin bağlanması bir sıra şərtlər, o cümlədən Ermənistan konstitusiyasına Bakıya qarşı ərazi iddialarını istisna edən düzəlişlər yerinə yetirildiyi təqdirdə mümkündür.
Tərəflər hələlik sənədin razılaşdırılmış variantını dərc etməyiblər.
Adəm
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































