Qarabağ
İlin sonunadək Xocalıya qayıdacaq ailələrin sayı AÇIQLANDI
Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib.
Publika.az xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov III Şuşa Qlobal Media Forumu iştirakçıları ilə Xocalıda keçirilən görüşündə deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq.
Xüsusi nümayəndə forum iştirakçılarına - yerli və xarici jurnalistlərə Xocalının işğal tarixi, faciə qurbanlarının sayı barədə də məlumat verib.
Xatırladaq ki, iyulun 19-da Xankəndidə “Rəqəmsal Keçidlər: Süni intellekt dövründə informasiya və medianın dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumu iyulun 21-də Şuşada davam edəcək. Forumda 52 ölkədən 140-a yaxın xarici nümayəndə iştirak edir. Onların arasında 30-dan artıq informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media qurumunun, həmçinin bu sahə üzrə fəaliyyət göstərən digər qurumların təmsilçiləri yer alıb.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































