Qarabağ
Rusiyanın rəsmi şəxslərinin və media orqanlarının davranışları yolverilməzdir - Samir Vəliyev
“Bugünlərdə Rusiya Federasiyasının TASS informasiya agentliyində dərc olunmuş “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli yazı qəbulolunmazdır. Doğrudur, Azərbaycanın iradından sonra “Stepanakert” sözü “Dağlıq Qarabağ” sözü ilə əvəzləndi, amma bu da heç nəyi dəyişmədi. Çünki Azərbaycanda artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi də yoxdur. Bu yanaşma təəssüf doğurur və ölkəmizə qarşı ən azı hörmətsizlikdir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Qarabağda erməniəsilli rəssam İvan Ayvazovskinin büstünün hansı şəraitdə qoyulması hər kəsə məlumdur:
“Belə ki, üçtərəfli bəyanata uyğun olaraq ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları fəaliyyətləri dövründə onların səlahiyyətlərinə aid olmayan bir sıra fəaliyyətlərlə məşğul olublar. 2021-ci il noyabrın 10-da Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın açılış tədbirinin keçirlməsi də bu qəbildən idi. Həmin “xiyabanda” bir sıra rusəsilli şəxslərin büstləri qoyulub. Xankəndidə erməniəsilli rəssamın büstünün qoyulması da Rusiya sülhməramlılarının ərazilərimizdə özbaşına fəaliyyətləri sırasında yer alır. Azərbaycanın tarixi şəhərində Ayvazovskiyə abidə ucaldılması xoş məramdan uzaq idi. Bunu heç bir halda mədəniyyət hadisəsi kimi dəyərləndirmək mümkün deyil. Çünki həmin rəssam Qarabağda yaşamayıb, bu coğrafiya ilə hansısa bir bağlılığı olmayıb. Həmin abidənin zamanında separatçıların yuvasına çevrilmiş Xankəndidə qoyulması sırf qərəzli siyasi-ideoloji məqsəd daşıyırdı. Bununla Rusiya sülhməramlıları, əslində, separatçıları dəstəklədiyini nümayiş etdirirdilər”.
Millət vəkilinin sözlərinə görə, artıq məsələyə rəsmi münasibət də bildirilib. “Rəsmi mövqedə vurğulandığı kimi, erməniəsilli rəssam İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi “abidələrin” sökülməsi məntiqli, düzgün və qanunauyğundur. Atılan addımlar Azərbaycanın suveren hüququdur. Rusiyanın rəsmi şəxslərinin və media orqanlarının bu davranışları isə yolverilməzdir”, - deyə Samir Vəliyev qeyd edib.
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək






































