Qarabağ
Ağdamın Saybalı kəndinin məscidində 32 ildən sonra ilk dəfə azan oxundu - VİDEO(FOTOLAR)
Ağdamın işğaldan azad olunan Saybalı kənd məscidində 32 ildən sonra ilk dəfə azan oxunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Ağdam rayonunun Saybalı kəndindən olan sakinlər 27 Sentyabr – Anım Günü ilə əlaqədar kəndə toplanaraq şəhid həmyərlilərin məzarını ziyarət ediblər.
Daha sonra kənddə yerləşən, erməni vandalizminə məruz qalan məscidə toplaşaraq orada Saybalı kənd sakini Nəcəfov Vasif tərəfindən azan oxunub.
Qeyd edək ki, Ağdam rayonunun Saybalı kəndinin bəylərindən olan Əhməd bəy tərəfindən inşa etdirilmiş məscidin fəaliyyəti Sovet dövründə dayandırılmış, məscid binası az müddət ambar kimi, daha sonra isə kənd işğal olunana qədər natamam orta məktəb binası kimi istifadə olunmuşdur. Məscid binası düşmənlər tərəfindən yandırılsa da, hörgüsü yaxşı vəziyyətdədir. Ərəb əlifbası ilə yazılmış daş kitabələr divarlarında olduğu kimi qalmaqdadır.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi





































