Qarabağ
Şəhid anası: Oğlumun qoxusu hələ də otağındadır...
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə canlarından keçən qəhrəman oğullarımızdan biri də şəhid Əzizli Elnur Şahin oğludur. O, Vətən torpaqlarının azadlığı uğrunda aparılan döyüş əməliyyatlarına qatılmış, igidliyi və fədakarlığı ilə seçilmişdir.
Publika.az xəbər verir ki, AZƏRTAC qəhrəman şəhidin həyatına qısa nəzər salır.
Elnur Əzizli 2000-ci il sentyabrın 25-də Biləsuvar şəhərində anadan olub. Uşaqlıq illərindən cəsarətli, təmkinli və mərd insan kimi tanınan Elnur hər zaman Vətəninə, xalqına və dövlətinə sədaqətli olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Elnur tərəddüd etmədən döyüşlərə qatılıb. O, ön xətdə, düşmənlə üz-üzə döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib.
Elnurun anası Rübabə Əzizova içində deyir ki, oğlu uşaqlıqdan mehriban, səmimi və mərd uşaq olub. Elə buna görə də o, hər kəsin sevimlisinə çevrilib.
“Elnur mənim canım idi... Hər səhər evdən çıxanda məni qucaqlayardı, alnımdan öpüb “ana, səni çox sevirəm” deyərdi. Səsi qulağımdan getmir. Zəng edib deyirdi ki, narahat olmayın, müharibə bitən kimi qayıdacağam. O qayıtdı – amma başqa cür, bayrağa bürünmüş halda, qəhrəman kimi... Mənim digər oğlum da Vətən müharibəsi iştirakçısıdır. Onun 11 aylıq bir oğlu var və o balaca şəhid əmisinin adını daşıyır. Hər dəfə nəvəmə baxanda sanki Elnuru görürəm... Hər gecə onun otağında otururam, elə bilirəm ki, indicə içəri girəcək, gülümsəyəcək, “ana, mən gəldim” deyəcək... Oğlumun qoxusu hələ də otağındadır. Onun əşyalarına toxunmağa belə ürək etmirəm. Amma bir tərəfdən də fəxr edirəm – mən şəhid anasıyam. Mənim oğlum bu torpaq üçün canından keçib. O, təkcə mənim deyil, bütün Azərbaycanın oğludur. Allah bütün şəhid analarına səbir versin...”, - deyə şəhid anası əlavə edir.
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş verdi
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video




















.jpg)
















.jpg)
.jpg)

