Qarabağ
Nişanlısına qəhrəman kimi qayıdacağına söz vermişdi - FOTOLAR
Vətən müharibəsi şəhidi Rahim Sərdarlı Füzulidən Şuşayadək döyüş yolu keçib.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, qəhrəman döyüşçü ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sərdarlı Rahim Rafik oğlu 13 avqust 1996-cı ildə Xaçmaz rayon Canaxır kəndində anadan olub. Rahim iyulda baş verən Tovuz döyüşlərindən sonra hərbi komissarlığa müraciət edərək könüllü kimi qeydiyyata alınıb. Vətən müharibəsinə sentyabrın 29-da qoşulub.
“Rahim hərbi xidmətdə olduğu zaman Aprel döyüşlərində iştirak etmişdi. Onun toyuna hazırlaşırdıq. Amma pandemiya dövrü olduğu üçün toy təxirə salınmışdı. Cəbhəyə könüllü yollandı. Qırx gün döyüşdü. Rahim mənim övladım idi. Amma şəhid olandan sonra Vətənin övladı oldu. Rahim əvvəlcə Ağdam istiqamətində yerləşən hərbi birləşmələrimizin tərkibində yer alıb. Sonra Füzulidə döyüşüb. Son döyüşləri isə Xocavənd-Şuşa istiqamətində olub. Noyabrın 8-də Daşaltı döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Şəhid olmamışdan iki gün əvvəl onunla danışırdıq. Atəş səsləri gəlirdi. Mənə deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın. Az qalıb. Qəhrəman kimi qayıdacağam”, - deyə şəhidin atası Rafiq Məmmədov söyləyib.
Rahim evə son zəngində şiddətli döyüşlərin getdiyini, ordumuzun hər gün irəlilədiyini deyib. Ailəsinə artıq Şuşaya çatdıqlarını, tezliklə Qarabağın tam azadlığa qovuşacağını bildirib.
Anası Esmira Məmmədova bildirir ki, Rahim elə uşaqlıqdan təşəbbüskar, öndə olmağı sevən idi. “Rahim deyirdi ki, biz döyüşüb torpaqlarımızı azad etməsək, uşaqlarımız döyüşməli olacaq. Hətta cəbhəyə yola salanda mən onu qucaqlayıb dedim ki, nişanlısan bəlkə getməyəsən. Etiraz edib, getməliyəm dedi. Amma mənə söz vermişdi ki, qayıdacaq. Nişanlı idi. Deyirdi ana narahat olma qayıdan kimi toyumu edərik. Nişanlısına da söz vermişdi ki, məni qəhrəman kimi qarşılayacaqsınız”, - deyə Rahimin anası Esmira Məmmədova söyləyib.
Rahim Sərdarlı vətənpərvərliyi ilə yanaşı, işgüzarlığı və dürüstlüyü ilə dostları, tanışları arasında böyük nüfuz qazanmışdı. Hələ gənc olmasına baxmayaraq sahibkarlıq sahəsində uğurlar əldə etmişdi. 2020-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə qəbul olaraq çoxdan arzusunda olduğu tələbə adını da qazanmışdı.
Noyabrın 8-də Şuşa azad olunan gün Rahimin ailəsinə şəhid olması barədə məlumat verilib. Vətən müharibəsinin qəhrəman şəhidi doğulub boya-başa çatdığı Canaxır kəndinin qəbiristanlığında dəfn olunub.
-
MDB21:12Beş yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL - Körpəni dördüncü mərtəbədən atdı
-
İdman20:48"Türkiyə klubundakı ağır vəziyyət Rusiyanın reputasiyasına təsir edəcək"
-
Magazin120:24Nigarla Hadise illər öncə bir arada - FOTO
-
Sosial20:00Zabil Qəhrəmanov məhkəməyə gətirildi
-
İdman19:24ABŞ-ın sanksiyaları məcbur edir: Moskva klubu sahibini dəyişir
-
MDB17:28Rusiyada nə baş verir?-Bütöv şəhəri qaz və aseton qoxusu bürüdü
-
Avropa16:18Almaniyanın ən güclü Atom Elektrik Stansiyası belə partladıldı - VİDEO
-
Avropa15:24Şok faktlar aşkarlandı: Narkotiki ədviyyat və şirələrə vururlarmış...


















.jpg)

















