Qarabağ
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım ağladı"
Əli və İslam Əhmədov qardaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar.
Mingəçevirdən olan qardaşlar Tərtər-Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfəri zamanı şəhid qardaşların anası Sevinc Əhmədova ilə görüşüb.
"O, Mingəçevirə gələndə Əli və İslamın ev muzeyini ziyarət etdi. Mən onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı. Dərdimi öz dərdi kimi qəbul etdi. Ən çox övladlarımın döyüş yollarından, harada şəhid olmalarından danışdıq", - şəhidlərin anası görüş barədə danışarkən deyib.
Qeyd edək ki, Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Əli Əhmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları, İslam Əhmədov isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)























