Qarabağ
MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış oldular
Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 29-30 noyabr tarixlərində Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” ilinin rəsmi bağlanış mərasimi keçirilir.
Publika.az xəbər verir ki, bağlanış tədbirlərində ölkəmizdən, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistandan nümayəndələr iştirak edirlər.
Noyabrın 29-da qonaqların Laçın şəhəri ilə tanışlığı olub. Dövlətimiz tərəfindən sürətlə qurulub dirçəldilən şəhərdəki "Hoçazfilm" studiyası, "Gilabi" Yaradıcılıq Mərkəzi, "Yurd" qalereyası kimi məkanlara baş çəkilib.
Laçın şəhərinin tarixi-mədəni və təbii zənginlikləri, Ermənistan tərəfindən işğalı və 44 günlük Vətən müharibəsində Qələbəmizin nəticəsində azad olunması, qısa müddətdə yenidən qurulması və keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin Mədəniyyət Paytaxtı” elan olunmuşdu.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)























