Qarabağ
Laçında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti oldu - FOTO
Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı - 2025” ilinin bağlanış mərasimi çərçivəsində noyabrın 29-da “LaCinema” kinoteatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.
Publika.az xəbər verir ki, Üzeyir Məmmədovun dirijorluğu ilə gerçəkləşən konserti Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, MDB Ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun icraçı direktoru Tair İksanov, birlik ölkələrindən gəlmiş nümayəndələr və Laçın sakinləri izləyiblər.
Orkestrin ifasında Ü.Hacıbəylinin “Arazbarı” zərbi muğamı, “Arşın mal alan” operettasından uvertüra, A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay” (solist: Səid Məmmədov, violin), V.A.Motsartın "Kiçik gecə serenadası", D.Dadaşovun “Skerso” (solist: Əməkdar artist Çinarə Heydərova, qanun), “Qadın ətri” filmindən “Tanqo” (Karlos Qardel), A.Məlikovun “Sehrli xalat” filmindən “Qızların rəqsi”, C.Cahangirovun “Cənnətim Qarabağ” (solist: Nurlana Abdullayeva, vokal), Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, Y.Qadenin “Tanqo "Jalüz”, T.Quliyevin “Qaytağı” (solist: Rəvan Mustafazadə, tar), A.Əlizadənin “Cəngi”, P.İ.Çaykovskinin “Vals”, E.İbrahimovanın “Ey Vətən”, E.Sabitoğlunun “Dədə Qorqud” filmindən “İncəbellim”, F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı" əsərlərini və “Şalaxo” Azərbaycan xalq rəqsi (solist: Ç.Heydərova) təqdim olunub.
Konsert proqramına Taleh Yahyayevin (bariton) ifasında M.Maqomayevin “Azərbaycan” mahnısı ilə yekun vurulub.
Bütün ifalar sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestr Polşa, Türkiyə, İngiltərə, Tunis, Yaponiya, Misir, Gürcüstan, Belarus, Çin, Almaniya, Fransa, Rusiya və digər ölkələrdə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib.
2018-ci ildən orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?













.jpg)























