Qarabağ
Xankəndi sakini: "Gəldim ki, qalan 5 günlük ömrümü doğma torpaqda yaşayım"
Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Xankəndi şəhərinə səfər edilib.
Publika.az xəbər verir ki, uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlərin Xankəndidə yenidən həyat qurması, yeni iş yerləri açması və Bakıdakı peşələrini bura köçürərək fəaliyyətlərini davam etdirməsi buraxılışın əsas mövzularından olub.
Veriliş çərçivəsində hazırda bərbər kimi çalışan Xankəndi sakini Kərəm dayı ilə həmsöhbət olunub. O, illər sonra Vətənə qayıdışının onun üçün nə qədər mənəvi əhəmiyyət daşıdığını bildirib:
"1982-ci ildən bərbər işləyirəm. O vaxt bu peşəyə elə burada başlamışam. Burada yeganə azərbaycanlı bərbər mən idim. Daha sonra 30 ildən çox Bakıda çalışdım, öz obyektim də var idi. Şəhidlərimizin, qazilərimizin hesabına 37 ildən sonra vətənə qayıtdım. Vətən həsrəti ilə hər şeyi atıb gəldim ki, qalan 5 günlük ömrümü doğma torpaqda yaşayım".
Söhbət zamanı kövrələn Kərəm dayı onu ən çox təsirləndirən məqamın vəfat edən anasının yarımçıq qalan Vətən arzusu olduğunu deyib:
"Anam xəstə idi, 77 yaşı var idi. Vaxtilə burada müəllimə işləyirdi. Mənim sənədlərimin hazırlanması bir neçə ay çəkdi. Oktyabrın 21-də zəng edib dedilər ki, müqavilən hazırdır, gəl imzala. Həmin gün günorta anamın yanına getdim. Elə o gecə anam vəfat etdi. Fikrim anamı da götürüb bura gəlmək idi, amma qismət olmadı".
-
Digər10:31Venesuelada yenə zəlzələ oldu
-
Ekologiya08:55Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Yaxın saatlarda...
-
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
-
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
-
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
-
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
-
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
-
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi






.png)

















.jpg)


.jpg)








