Qarabağ
Qarabağda köçkünlər evləri özləri tikəcək? - Deputatın təklifinə cavab
Deputat Razi Nurullayevin məcburi köçkünlərlə bağlı səsləndirdiyi təklif müzakirələrə səbəb olub. O bildirib ki, Qarabağın işğaldan azad edilən ərazilərində məskunlaşacaq köçkünlər evlərini özləri tikməli, dövlət isə əsasən bu proses üçün zəruri şəraiti formalaşdırmalıdır.
Sitat: “Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək”.
Köçkünlər üçün evi dövlət, yoxsa özləri tikməlidir?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Aqil Abbas danışıb. O deyib ki, dövlət Qarabağda tikilən yaşayış məntəqələrini səliqəli, şəhərsalma qaydalarına uyğun şəkildə qurur:
“Müasir, Avropa üslubunda və normal infrastruktura malik yaşayış zonaları yaradılır. Əgər hər kəs gedib istədiyi yerdə, istədiyi formada ev tikərsə, bu, şəhər olmaz, daxmalardan ibarət bir əraziyə çevrilər. Mən də Ağdam azad olunan kimi gedib atamın evini tikmək barədə düşünürdüm. Lakin Prezidentin Ağdamda bizimlə görüşü zamanı gördüm ki, məqsəd tamamilə yeni, müasir şəhər yaratmaqdır. Bundan sonra fikrimdən daşındım. Bu gün videolarda görürük ki, dövlət Kəlbəcəri necə gözəl şəkildə yenidən qurur, Ağdam necə planlı şəkildə tikilir. Əgər orada hər kəs öz bildiyi kimi ev inşa etsə, nəticə necə olar?
Məsələn, Daşkəsənin Xoşbulaq adlanan istirahət zonası var. Əvvəllər insanlar ora çadır qurub müvəqqəti qalmağa gedirdilər. Sonradan maddi imkanı artanlar həmin ərazidə pərakəndə və plansız şəkildə evlər tikməyə başladılar. Nəticədə Xoşbulağın təbii gözəlliyi məhv oldu. Küçələr dar və nizamsız salındı, ünvan tapmaq çətinləşdi, iki avtomobil üz-üzə gələndə hərəkət mümkünsüzləşir”.
Deputat bildirib ki, Qarabağda da tikinti prosesi nəzarətsiz buraxılsa, Xoşbulaqla eyni vəziyyət yarana bilər:
“Bu, yolverilməzdir. Prezident İlham Əliyev həmin ərazilərin bərpasına böyük vəsait ayırıb. Dövlətin büdcəsi hesabına hər kəsin özbaşına tikinti aparması düzgün olmaz. Üstəlik, sonradan həmin evlər üçün işıq, qaz, su, kanalizasiya və digər infrastruktur xətlərinin çəkilməsi zərurəti yaranacaq. Bütün bunlar planlı şəkildə həyata keçirilməlidir. Dövlət hazırda bu prosesi sistemli və konsepsiyalı şəkildə icra edir. Parlamentdə Razi Nurullayevin səsləndirdiyi fikirləri təkzib etmək istəsəm də, düşündüm ki, ora mübahisə yeri deyil”.
-
Hadisə03:44Fədakarlığı ilə faciənin qarşısını aldı: Gündəm olan görüntülərin "qəhrəmanı" danışdı - Video
-
Elm və təhsil01:40Ali məktəbə qəbul olan ən yaşlı tələbə: Ən çox nəvələri sevindi - Video
-
Qoroskop00:45Günün ulduz falı: Uzunmüddətli hədəflərinizi yenidən nəzərdən keçirin
-
Cənubi Qafqaz26 Avqust 20:36Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
-
Hadisə26 Avqust 19:10Maşında yanaraq ölən Əfqan 6 ay əvvəl evlənibmiş - Foto
-
Magazin126 Avqust 19:00“Qadın oxuyanlar hamısı bir-birinə oxşayır, burun-dodaq eynidir” - Xalq artistindən qalmaqallı açıqlama
-
Sosial26 Avqust 18:20Bu qida məhsulları ilə bağlı yeni tələblər müəyyənləşdi
-
Cənubi Qafqaz26 Avqust 17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı




































.jpg)
.jpg)

.jpg)