Qarabağ
“Memorial Kompleks həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır” - Deputat
“Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə ölkənin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisə olaraq deyil, həm də mənəvi ədalətin təntənəsi kimi tariximizin yaddaşına həkk olundu”.
Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu mərasimdə iştirakı dövlətin Xocalı həqiqətlərinə verdiyi ali siyasi qiymətin daha bir açıq ifadəsi oldu. “Xocalı torpağında ucaldılan Xocalı Soyqırımı Memorial Kompleksi yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır. Dövlət başçısının çıxışında vurğulanan əsas məqamlardan biri Xocalı faciəsinin mahiyyəti ilə bağlı idi. Bu faciə təsadüfi müharibə epizodu yox, planlı şəkildə həyata keçirilmiş, azərbaycanlılara qarşı yönəlmiş kütləvi qırğın aktıdır. Xocalıda baş verənlər insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu cinayətin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinə düşür. Qadınların, uşaqların, qocaların amansızcasına qətlə yetirilməsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub və bu yaddaş heç vaxt susmayacaq.”
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin ədalət uğrunda aparılan uzunmüddətli mübarizə ilə bağlı səsləndirdiyi fikirlər xüsusi önəm kəsb edir: “Dövlət başçısı xatırlatdı ki, illər boyu Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün həm dövlət qurumları, həm də ictimai institutlar ardıcıl fəaliyyət göstərib. Bu kontekstdə Heydər Əliyev Fondunun təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır. Fondun başladığı “Xocalıya ədalət!” xətti beynəlxalq miqyasda informasiya blokadasını yarmağa imkan verdi. Leyla Əliyevanın rəhbərliyi ilə aparılan kampaniya nəticəsində Xocalı faciəsi bir sıra ölkələrdə soyqırımı kimi tanındı. Bu, təkcə diplomatik uğur deyil, həm də tarixi ədalətin bərpasına doğru atılmış mühüm addım idi. Növbəti tarixi mərhələdə isə bütün dünya bizimlə birlikdə artıq ədalətin təkcə tələb olunmadığının, həm də real şəkildə təmin edildiyinin şahidi oldu. Xocalının işğaldan azad olunması, hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi göstərdi ki, Azərbaycan dövləti öz haqqını özü qorumağa qadirdir. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, xalqın bir yumruq kimi birləşməsi nəticəsində ədalət söz yox, əməl səviyyəsində təsdiq olundu. Cinayətkarların məhkəmə qarşısına çıxarılması Xocalı qurbanlarının ruhu qarşısında tarixi borcun yerinə yetirilməsi idi. Bu Memorial Kompleksin məhz Xocalıda açılması da dərin rəmzi məna daşıyır. Çünki illərlə öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayan Xocalı sakinləri bu gün həm ədalətin, həm də dövlət qayğısının canlı şahidlərinə çevriliblər. Cənab Prezidentin çıxışında səsləndirilən fikir bir daha təsdiqlədi ki, Azərbaycan xalqı öz tarixini unutmur, düşmənin törətdiyi vəhşilikləri bağışlamır, lakin qisası da hüquq və ədalət çərçivəsində alır. Bu gün Xocalıda ucaldılan Memorial Kompleks Azərbaycan xalqının əyilməz ruhunun, milli ləyaqətinin və dövlət iradəsinin simvoludur”.
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi



































