Qarabağ
Şuşada Novruz şənlikləri təşkil edildi - Fotolar
Azərbaycan xalqının tarixində, mədəniyyətində, adət-ənənələrində özünəməxsus yeri olan Novruz bayramı 19 mart tarixində Şuşa şəhərində yüksək təntənə ilə qeyd edilib.
Publika.az xəbər verir ki, "Şuşa Baharı" adlı bayram tədbiri Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil olunub.
Bayram tədbirlərində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən tədbirdə şagirdlərin hazırladıqları maraqlı kompozisiyalar, şeirlər, musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
"Güllü bağ"da bayram yarmarkasında Şuşa sakinləri tərəfindən təamlar, Novruz şirniyyatları, əl işləri təqdim edilib.
"Şuşa Baharı" adlı konsert proqramında istedadlı Şuşa sakinlərinin, məktəblilərin ifasında mahnı və rəqslər nümayiş olunub.
Respublikanın Xalq artisti Nazpəri Dostəliyeva və müğənnilər Azad Şabanov və Namiq Qasımovun ifaları böyük rəğbətlə qarşılanıb.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
















.webp)





















