Qarabağ
Diplomatik korpusun nümayəndələri Qarabağ Universiteti ilə tanış oldular - FOTO
Xarici diplomatlar Xankəndidə - Qarabağ Universitetində olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyətini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusifov müşayiət edib.
Universitetdə qonaqları ali təhsil müəssisəsinin rektoru Şahin Bayramov qarşılayıb. Görüş zamanı rektor Qarabağ Universitetinin fəaliyyəti, burada yaradılan müasir təhsil infrastrukturu, fakültələr və tələbələrin tədris prosesi barədə ətraflı məlumat verib.Səfər çərçivəsində xarici diplomatlar ali təhsil ocağının incəsənət, iqtisadiyyat və tibb korpuslarında olublar. Qonaqlar yeni yaradılan fakültələrlə yaxından tanış olub, tələbələrlə görüşərək onların təhsil imkanları və gündəlik fəaliyyəti ilə maraqlanıblar. Diplomatik nümayəndələr universitetdə yaradılan şəraitin yüksək səviyyədə olduğunu vurğulayıb, regionda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır

















.jpg)







.jpg)











