Qarabağ
Qarabağda geniş biznes və investisiya imkanları var - BƏƏ səfiri
Qarabağ Universitetində yaradılan şərait və akademik mühit yüksək standartlara cavab verir və bu, xarici tələbələrin də cəlb olunması üçün əlverişli zəmin yaradır.
Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.
Səfir Qarabağa səfəri çərçivəsində bölgədə həyata keçirilən yenidənqurma və təhsil layihələrini yüksək qiymətləndirib.
Diplomat Azərbaycan ilə BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Onun sözlərinə görə, BƏƏ nümayəndə heyətinin Azərbaycana son səfəri çərçivəsində müxtəlif nazirliklərlə – energetika, iqtisadiyyat, səhiyyə və xarici işlər sahələrində səmərəli görüşlər keçirilib.
Məhəmməd Əl Bluşi əlavə edib ki, BƏƏ Azərbaycanda, xüsusilə neft-qaz və təmiz enerji sahələrində aktiv investisiyalar həyata keçirir. O, Qarabağ bölgəsində də biznes və investisiya imkanlarının geniş olduğunu bildirərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.(Azərtac)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?














.jpg)





.jpg)

















