Qarabağ
Qarabağ bölgəsinin bərpasında iştirak etmişəm - Adrian Qriffiths
Azərbaycan davamlı və hərtərəfli şəhərsalmada nümunə göstərir və digər ölkələr üçün etalon rolunu oynaya bilər.
Publika.az xəbər verir ki, bu barədə “Chapman Taylor” memarlıq və şəhərsalma şirkətinin direktoru Adrian Qordon Qriffiths müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Chapman Taylor” 2007-ci ildən bəri Azərbaycanda çalışır və ölkədə əhəmiyyətli inkişafı və şəhərlərinin transformasiyasını müşahidə edir. O, şirkətin Bakıda pərakəndə satış və ictimai obyektlər, eləcə də yaşayış və kommersiya infrastrukturu da daxil olmaqla böyük layihələrdə iştirakını qeyd edib.
Agentliyin həmsöhbəti vurğulayıb ki, son illərdə şirkət Şuşa, Cəbrayıl və Xankəndi şəhərləri də daxil olmaqla Qarabağ bölgəsinin bərpası prosesində, eləcə də Naxçıvandakı layihələrdə iştirak edib. O hesab edir ki, Azərbaycan davamlı inkişaf və müasir şəhərsalma prinsiplərini ardıcıl olaraq tətbiq edir və şəhərsalmaya yüksəksəviyyəli yanaşma nümayiş etdirir.
Azərbaycanın təcrübəsinin digər ölkələrdə tətbiq olunma potensialı ilə bağlı suala cavab olaraq ekspert qeyd edib ki, Azərbaycanın şəhər bərpası təcrübələri viran qalmış ərazilərin bərpasına hərtərəfli və davamlı yanaşmanın mühüm nümunəsi ola bilər.(Azərtac)
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






































