Qarabağ
33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
13 iyun ölkənin ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün” Son zəng” çalınacaq. 33 illik fasilədən sonra Kəlbəcərin B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində cəmi 1 nəfər şagird məzun olacaq.
Publika.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, ilk və tək məzun Nəzrin Atakişiyeva Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyub. Hazırda azad olunmuş Kəlbəcərdə fəaliyyətə başlayan B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinfini bitirir. Məzunumuz deyir ki, Kəlbəcərin ilk və tək məzunu olmaq onun üçün böyük qürur və məsuliyyətdir.
“Sinfin yeganə şagirdi olsam da özümü heç vaxt tək hiss etməmişəm. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum. Bu gün təkcə öz uğurumu deyil Kəlbəcərin dirçəlişini və gələcəyinə inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə bu uğur və ad unudulmayacaq. Əslində, çox şanslıyam, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Səhər məktəbli adından, şagird adından ayrılıram”.
Nəzrin cəmi 1 il burada təhsil alıb. Ancaq bu bu bir ildə doğma yurdda oxumağın dəyərini və vətən sevgisinin əsl mənasını yaşadığını bildirir.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






































