Qarabağ
Ağdama nə qədər əhali köçürüləcək? - İlin sonuna qədər...
2026-cı il “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın sonuncu ilidir. Əvvəllər başlanmış layihələrin böyük hissəsi bu il ərzində yekunlaşır. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında, o cümlədən Ağdam şəhərində, Ağdamın iki kəndində, Füzulinin iki kəndində, eləcə də Xocavənd rayonunun bir sıra yaşayış məntəqələrində bərpa, təmir və tikinti işlərinin başa çatdırılması nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, ilin sonuna qədər Ağdam şəhərində dördüncü və beşinci yaşayış komplekslərinin istifadəyə verilməsi ilə təxminən 10 min nəfərin köçürülməsinin təmin edilməsi planlaşdırılır. Eyni zamanda, Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli, Ağdam rayonunun Eyvazxanbəyli və Baş Qərvənd kəndlərinin tikintisi davam edir. Xocavənd rayonunda isə bir şəhər, iki qəsəbə və 14 kənddə yaşayış məntəqələrinin bərpası aparılır və ilin sonuna qədər rayon əhalisinin 12 min nəfərə çatdırılması nəzərdə tutulur.
“Bütün bu proseslər “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun həyata keçirilir. Hazırda II Dövlət Proqramı hazırlanır və onun çərçivəsində Ağdam şəhərində, rayonun digər kəndlərində, eləcə də Füzuli rayonunda bərpa işlərinin davam etdirilməsi planlaşdırılır. Növbəti mərhələdə Ağdam rayonuna əlavə 30–40 min, Füzuli rayonuna isə daha 10 min nəfərin köçürülməsi nəzərdə tutulur. Əsas infrastruktur layihələrinin böyük hissəsi artıq tamamlandığından, bundan sonra sosial infrastrukturun tikintisi və köç prosesi daha sürətlə həyata keçiriləcək”, – deyə E.Hüseynov vurğulayıb.
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?






































