Qarabağ
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 16-18 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günlərinin Şuşada rəsmi açılış mərasimi olub.
Publika.az xəbər verir ki, iyulun 17-də Molla Pənah Vaqifin məqbərəsi önündə təşkil olunan mərasimdə mədəniyyət naziri Adil Kərimli, Prezidentin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri, eləcə də Türk dünyasından yazıçı və şairlər iştirak ediblər.
TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək Vaqif Poeziya Günlərini mədəniyyət və ədəbiyyat adına ən işıqlı tədbirlərdən biri olduğunu deyib.
Builki poeziya günlərinin zəngin proqramına diqqət çəkən baş katib bildirib ki, bu tədbirlər həm də türk dövlətləri arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verir.
Xalq şairi Vahid Əziz çıxışında Vaqif Poeziya Günlərinin ədəbiyyatın və mədəniyyətin təbliğinə xidmət etdiyini diqqətə çatdırıb.
AYB-nin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid poeziya bayramının əhəmiyyətini vurğulayıb.
Çıxışlardan sonra Ağdamda keçirilmiş "Sözün sabahı: Türk dünyanın gənc şairlər festivalı" qaliblərinin mükafatlandırma mərasimi olub. Açılış tədbiri daha sonra bədii kompozisiya ilə davam etdirilib.
-
Avto05:15Elektrikli avtomobillə nə qədər qənaət edə bilərik?
-
Magazin104:44Samirə qaraya büründü - FOTO
-
MDB03:43Putin plenar sessiyada Azərbaycanla bağlı nə deyib?
-
İdman02:12Ronaldo olmadan Portuqaliya millisi qələbə qazandı
-
Yaxın Şərq01:41"FlyDubai"ın yaralı pilotundan və köməkçisindən YENİ XƏBƏR
-
Magazin100:15“Mənim hesabıma milyonlar yedi" - - Tacirdən müəlliminin qarğışına cavab
-
Qoroskop00:00Günün UDUZ FALI - Qızıl açar hər qapını aça bilər
-
İdman1 Oktyabr 23:36Messi İspaniyanın bu klubunun sahibi oldu

































.jpg)

