Qarabağ
Şuşada "Kitab dayanacağı" istifadəyə verildi - FOTO
Vaqif Poeziya Günləri çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell Telekom" MMC və "Aztelekom" MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində "Kitab dayanacağı" – ilk açıq hava kitabxanası istifadəyə verilib.
Mədəniyyət Nazirliyindən Publika.az-a bildirilib ki, layihənin məqsədi mədəniyyət paytaxtı Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsidir.
Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, "Azercell"in Korporativ ünsiyyət departamentinin direktoru Sona Abbasova iştirak ediblər.
Çıxışlarda bildirilib ki, açıq hava kitabxanası konsepsiyasında yaradılan layihə "Kitab dayanacağı" 24 saat fəaliyyət göstərəcək. Şuşa sakinləri və şəhərin qonaqları burada təqdim olunan kitablardan sərbəst şəkildə istifadə edə biləcəklər.
"Kitab dayanacağı"nın ilk qonağı müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Vahid Əziz olub.
Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin moderatorluğu ilə keçirilən görüşdə Xalq şairinin yaradıcılıq yolundan söz açılıb.
V.Əziz şeirlərini səsləndirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı










.jpg)


























