Qarabağ
Qarabağ və Maramureş arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olundu
Rumıniyanın Maramureş regionu ilə Qarabağın Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi istiqamətində danışıqlar aparılıb.
Bu barədə Publika.az-a Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin Maramureş regionunun Ticarət və Sənaye Palatasının sədri Florenrin Nikolae Tuş ilə görüş keçirib. Görüşdə Maramureş regionunun iş adamları və yerli sahibkarları iştirak ediblər.
Görüşdə Azərbaycanın Qarabağ regionu ilə Rumıniyanın Maramureş regionu arasında əməkdaşlığın inkişaf perspektivləri və biznes əlaqələrin genişlənməsi məsələləri müzakirə olunub.
Florenrin Nikolae Tuş birbaşa təmasların qurulması, ticarətin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.
Elçin Yusubov, öz növbəsində, Qarabağda aparılan genişmiqyaslı tikinti və infrastruktur layihələri, investorlar üçün yaradılan əlverişli şərait və vergi imtiyazları barədə qarşı tərəfə geniş məlumat verib. O, Azərbaycan ilə Rumıniya arasında mövcud olan ticarət dövriyyəsinin müsbət dinamikasından söz açaraq regionlararası əməkdaşlığın inkişafının iqtisadi göstəricilərin daha da şaxələndirilməsi üçün əlavə imkanlar yaradacağını qeyd edib. Elçin Yusubov Maramureş iş adamları və yerli sahibkarları Qarabağa səfər etməyə dəvət edib.
Tərəflər əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
İqtisadi əməkdaşlığın inkişafı müstəvisində Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun başçılıq etdiyi nümayəndə heyəti Maramureşdə yerləşən və Avropanın iri mebel istehsalçılarından biri olan "Aramis" fabrikini ziyarət edib, istehsalat ilə tanış olublar. Mebel fabrikinin rəhbərliyi Qarabağ ilə əməkdaşlığa maraq göstərərək yaxın zamanda bölgəyə səfər etmək niyyətini ifadə ediblər.
-
ABŞ18:36Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
-
Region17:00İrəvan aeroportunda qadınların kütləvi davası oldu
-
MDB16:36Binadan yıxılan 4 yaşlı uşaq sağ qaldı
-
Nida Xəbər 16:28Səfir sabiq prezidentlə fotosunu paylaşdı - Bakıya gəlib (FOTO)
-
İdman15:32Daha bir məşqçi müharibənin qurbanı oldu
-
İdman14:13"Qarabağ” Zubirlə belə vidalaşdı - VİDEO
-
Ekologiya13:02Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB11:27“Wildberries”in daha bir logistika mərkəzi vuruldu - VİDEO











.jpg)

























