Qarabağ
Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anıldı - FOTO
Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Aznaurov İsgəndər Söhrab oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açaraq, şərəfli həyat yolundan danışıblar.
Milli Qəhrəmanın ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar







































