Qarabağ
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP layihəsi) çərçivəsində çəkiləcək dəmir yolunun ölkənin cənubunda sovet dövründə mövcud olmuş xətt üzrə keçəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistan parlamentində hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən danışıb.
Onun sözlərinə görə, dəmir yolu Nrnadzor-Aqarak istiqamətində, Ermənistanın cənub sərhədi boyunca Araz çayının sahili ilə uzanacaq. Bu xətt Ermənistanı Azərbaycan ərazisi vasitəsilə Rusiya və Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Aqarakdan yük qatarlarının Naxçıvana hərəkəti nəzərdə tutulur.
TRIPP layihəsi çərçivəsində Sünikdən keçən strateji tranzit marşrutunun yaradılması planlaşdırılır. Layihənin Ermənistanın yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə toxunmayacağı bildirilib.
Xatırladaq ki, TRIPP üzrə çərçivə sazişi 2026-cı ilin 26 may tarixində ABŞ və Ermənistan arasında İrəvanda paraflanıb, iyunun əvvəlində isə sənəd imzalanıb.
Müəllif: Adəm
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO





































.jpg)

.jpg)