Qarabağ
Qazi: Şuşanın qayasına yazılan hər bir yazı məni incidir
Şuşa Azərbaycanın tarixidir, mədəniyyətidir, milli qürurudur. Bu şəhərin hər daşı, hər qayası, hər cığırı xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir. Ona görə də Şuşanın təbiətinə və tarixi məkanlarına münasibət sadəcə ekoloji və ya turizm mədəniyyəti məsələsi deyil, milli yaddaşa münasibət məsələsidir.
Publika.az xəbər verir ki, bu sözləri Vətən müharibəsi qazisi, "Naxçıvan Qaziləri" İctimai Birliyinin təsisçisi Əli Əlisoy deyib.
O bildirib ki, son günlər Şuşada bəzi şəxslərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə ad və müxtəlif ifadələr yazması yolverilməzdir. Bu qayalar sadəcə daş deyil, Şuşanın və bu torpaqların yaşadığı tarixin şahididir.
Vətən müharibəsi iştirakçısı olduğunu, Füzuli istiqamətində yaralandığını və bədənində 500-dən artıq tikişin izini daşıdığını qeyd edən qazi deyib ki, işğaldan azad edilmiş torpaqlara baxarkən görünən mənzərənin arxasında böyük qurbanlar və ağrılar dayanır.
“Şuşanın qayasına yazılan hər bir yazı məni incidir. Biz 30 il ərzində düşmənin bu torpaqlara vurduğu zərəri gördük. Azad etdiyimiz torpaqlara indi öz əlimizlə zərər verməməliyik. Şuşa sadəcə turizm məkanı deyil, Qarabağın ürəyi və Zəfərimizin rəmzidir. Gəlin Şuşaya öz izimizi qoymağa yox, onun tarixini yaşatmağa gedək. Qayaya ad yazmağa ehtiyac yoxdur – Şuşanın daş yaddaşında bundan daha böyük bir tarix var”, – deyə Əli Əlisoy vurğulayıb.(Azərtac)
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
MDB09:38Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü



























.jpg)







.jpg)



