Qarabağ
Oradakı hər daşa, hər qayaya hörmətlə yanaşmalıyıq - Müharibə əlili
Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfər edən hər bir insan bu torpaqların hansı qiymətə azad olunduğunu dərk etməli və davranışı ilə buna uyğun münasibət göstərməlidir. Tarixi abidələrin üzərinə müxtəlif yazıların həkk olunması yolverilməzdir.
Publika.az xəbər verir ki, bu fikirləri qubalı Vətən müharibəsi iştirakçısı, III qrup müharibə əlili, ehtiyatda olan baş leytenant Taryel Ağasıyev bildirib. O, Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Xocavənd istiqamətində ağır yaralanıb. Döyüşlərdə göstərdiyi şücaətlərə görə altı medalla təltif olunub.
T.Ağasıyev vurğulayıb ki, Şuşaya, eləcə də işğaldan azad edilmiş digər ərazilərə səfər edən insanlar bu torpaqların böyük fədakarlıqlar hesabına azad edildiyini unutmamalıdırlar. Onun sözlərinə görə, qayaların və daşların üzərinə müxtəlif yazıların yazılması, tarixi və təbii abidələrin bu şəkildə korlanması yolverilməzdir.
“Bəzən insanlar bunu sadəcə xatirə, əyləncə və ya öz adını orada buraxmaq kimi qəbul edə bilərlər. Amma Şuşa kimi şəhərdə belə davranış adi məsələ deyil. Çünki burada hər daşın, hər qayanın bizim üçün xüsusi mənası var. Döyüşlərdə iştirak edənlər yaxşı bilirlər ki, oradakı hər daş, hər qaya, atdığımız hər bir addım şəhidlərimizin qanı və canı bahasına başa gəlib”, - deyə T.Ağasıyev bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları bu torpaqlar uğrunda canlarından keçib, qazilər isə sağlamlıqlarını itiriblər. Buna görə də azad olunmuş ərazilərə səfər edən insanlar həmin torpaqlara xüsusi həssaslıqla yanaşmalıdırlar.

“Biz bu torpaqları sadəcə gəzmək və görmək üçün əldə etməmişik. Bu torpaqlara şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına qovuşmuşuq. Ona görə də Şuşaya gedən hər bir vətəndaş özünü sadəcə turist kimi deyil, bu tarixi irsin qoruyucusu kimi aparmalıdır. Şəhidlərimizin xatirəsinə ən böyük hörmət təkcə onları yad etmək deyil, onların uğrunda can verdiyi torpaqlara daha hörmətlə yanaşmaqdır. Oradakı hər bir daşa, hər bir qayaya hörmətlə yanaşmalıyıq. Azad etdiyimiz hər bir qarış torpaq bizim canımız və qanımız bahasına başa gəlib”, - deyə Vətən müharibəsi iştirakçısı vurğulayıb.
T.Ağasıyevin sözlərinə görə, şəhidlərin xatirəsinə ən böyük hörmət yalnız onları yad etməkdən ibarət deyil. Şəhidlərin uğrunda canlarından keçdikləri torpaqlara hörmətlə yanaşmaq da onların xatirəsinə ehtiramın əsas göstəricilərindən biridir.(Azərtac)
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
Avropa10:34Britaniya şokda: Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı
-
ABŞ09:55Baydenin oğlu prezident olmaq istəyir
-
Digər09:28Hökm çıxarıldı: Tanınmış teleaparıcı edam edilir - FOTO
-
Avropa08:48Uitkoff və Kuşneri daşıyan təyyarə bu ölkəyə eniş etdi
-
Gözəllik08:24Bu ilin "Dünya gözəli" o oldu
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46300 milyon xərclənib, oynamaqlarına bax - “Tottenhem”in işləri tilsimə düşüb
































.png)




