Qarabağ
Azad Zəngilanda ilk Şəhər Günü - FOTO
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təqvimimizə yazılıb.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilanda ilk dəfə Şəhər Günü keçirilir.
Bayram tədbirləri Gəncə Dövlət Milli Dram Teatrının Şarl Perronun məşhur “Çəkməli pişik” nağılı əsasında hazırladığı eyniadlı tamaşanın nümayişi ilə başlanıb.
Zəngilan Konqres Mərkəzinin böyük zalında təqdim edilən səhnə əsərini Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov və doğma yurda qayıtmış zəngilanlı uşaqlar və onların valideynləri, rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.
Quruluşçu rejissoru Elşad Əhmədov olan tamaşada Ümid Orucov, Zeynəb Hüseynova, Ruslan Hüseynov, Fərid Vəliyev, Elmir Məmmədov, Murad Meyfəliyev, Mayan Hüseynova, Aysu Kəngərli,
Samir Abbasov, Zaur Əhmədov və Seymur Məmmədov rol alıblar.
Nağıl janrında hazırlanan tamaşa ağıllı və hiyləgər Çəkməli pişiyin macəralarından bəhs edir.
Səhnə əsəri uşaqları rəngarəng nağıl dünyasına aparıb, böyük maraqla qarşılanıb.
-
İdman20:45Çempionlar Liqası: "Sabah" - "Borussiya" oyunu başladı - YENİLƏNİR
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq








.jpg)















.jpg)


.jpg)






