Qarabağ
Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olundu - FOTO
Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilan Şəhəri Günü çərçivəsində "Zəngilan: zamanın qanadında" adlı fotosərgi keçirilib.
Publika.az xəbər verir ki, Zəngilan Konqres Mərkəzinin dəhlizində təşkil edilən sərgidə Elman Hüseynov, Rəsul Rəhimov, Azər İbrahimov, Siyavuş Hüseynli, Nigar Əhmədova, Hüseyn İskəndərov, Elgiz Nəbili, Zaka Soltan, Roman İsmayılov, Amira Süleyman və Mirnaib Həsənoğlunun fotoları yer alıb.
Ekspozisiyada təqdim edilən fotolarda Zəngilanın tarixi yaddaşı, təbiəti, yenidən qurulması və müasir siması əks olunub.
Konqres Mərkəzinin dəhlizində eyni zamanda təsviri sənətlə bağlı ustad dərsləri də təşkil edilib.
Peşəkar rəssamlar Pərviz Ələkbərli və Fidan Abidovanın verdiyi tövsiyələrlə uşaqlar Çinarlar yurdu Zəngilanın əsrarəngiz təbiət mənzərələrini, tarixi abidələrini və milli rəmzlərimizi kətana köçürüblər.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri fotosərgi və uşaqların rəsmləri ilə tanış olublar.
Foto və rəsmlər barədə qonaqlara məlumat verilib.
-
İdman22:15"Sabah" - "Borussiya" oyununda 3-cü qol - YENİLƏNİR
-
Nəqliyyat21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq









.jpg)















.jpg)








