Qırmızı.az
Şamaxıda jurnalistlər üçün yay məktəbi keçirilir - FOTOLAR
İyulun 10-12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında AMEA rəyasət heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) təşkilatçılığı ilə “Science Activity-2015” adlı yay məktəbi keçirilib.
Publika.az-ın məlumatın görə, AMEA-nın 70, Milli Mətbuatın 140 illik yubileyi münasibətilə jurnalistlər üçün keçirilən iki günlük yay məktəbində ölkənin tanınmış media orqanlarının nümayəndələri iştirak edirlər.
“Azərbaycan Milli Elmlər Akademiyasının sosial siyasət və təbliğat kampaniyası-2015” layihəsi çərçivəsində təşkil olunan tədbirin məqsədi AMEA-nın fəaliyyətinin və elmin kütləvi təbliği işində səmərəliliyi artırmaq, akademiya ilə əməkdaşlıq edən jurnalistləri bu işə daha da stimullaşdırmaqdır. Tədbiri giriş sözü ilə açan İƏEPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev bildirib ki, AMEA-nın və Azərbaycan elminin sürətli inkişafı ölkə vətəndaşları tərəfindən yüksək rəğbətlə qarşılanır. Akademiyada həyata keçirilən islahatlar bu qurumun sosial-iqtisadi inkişafına, alimlərimizin elmi göstəricilərinin yüksəldilməsinə zəmin yaradır. Bu gün cəmiyyətdə AMEA-nın və elmin təbliği, elmi istinad mədəniyyətinin formalaşdırılması istiqamətində də mühüm işlər görülür. Ali və orta məktəblərdə tələbə-şagird kontingenti ilə keçirilən müntəzəm görüşlər, kütləvi informasiya vasitələrində yayımlanan təbliğat xarakterli məlumatlar, təşkil olunan proqramlar öz səmərəsini verir.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov bildirib ki, Milli Mətbuatın 140 və AMEA-nın 70 illik yubileyi ölkədə bayram səviyyəsində qeyd olunur. O, media işçiləri ilə akademiya və alimlər arasındakı sıx münasibətlərin əhəmiyyətini vurğulayıb. Altmış illik tarixə malik rəsədxananın fəaliyyətindən danışan N.Cəlilov bu qurumun fəaliyyətində inkişafa nail olmaq üçün kadr hazırlığının böyük əhəmiyyət daşıdığını bildirib. Akademik rəsədxananın son illər böyük dövlət vəsaiti hesabına yenidən son dünya standartlarına uyğun yenidən təmir olunmasını və bu mühüm elmi obyektin Azərbaycan elmində əhəmiyyətindən danışıb.
Tədbirdə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin üzvü, fizika üzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova “Elmin təbliğində mətbuatın rolu” adlı təqdimatla çıxış edib. Alim şuranın fəaliyyəti, məqsədləri, bu istiqamətdə görülən işlər, Akademiya rəhbərliyinin həyata keçirdiyi islahatlar barədə geniş məlumat verib. Alim əldə olunan еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi məsələlərinə toxunub. Gənc alim çıxışında KİV-in elmin inkişafında və təbliğinda KİV-in müstəsna rolunu vurğulayıb və akademiya strukturları ilə mətbuatın birgə işləməsinin vacibliyindən danışıb. Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Yay məktəbinin ilk gününün yekununda jurnalistlər rəsədxanada teleskopla səma cismlərini müşahidə ediblər. Sonda yay məktəbində iştirak edən jurnalistlərə sertifikat verilib.
Vasif Həsənli – Şamaxı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı