Qırmızı.az
TQDK rezidenturaya qəbul olunanlara müraciət etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul olandan sonra təhsildən imtina edən şəxslərə müraciət edib.
Publika.az xəbər verir ki, TQDK-nın rəsmi
saytında rezidentlərə edilən müraciətdə bildirilib ki, namizədlərin
ailə vəziyyəti və az da olsa digər ölkələrdə keçirilən müvafiq
imtahanlarda uğur qazanması ilə əlaqədar təhsil almaqdan imtina
etməsi halları da məlumdur. Bütün bunları nəzərə alaraq namizədlərə
ixtisas seçimindən əvvəl mütəxəssis olmaq istədikləri sahə, eləcə
də baza tibb müəssisəsinin texniki və kadr potensialını araşdırmağı
üzrə iş aparmağı, təhsil almaq istədikləri ixtisas üzrə təhsil
proqramı ilə (www.health.gov.az) tanış olmağı, seçəcəkləri
ixtisasın onların tələblərinə cavab verib-vermədiyini müəyyən
etməyi tövsiyə edirik.
“Baxmayaraq ki, istiqamətlər üzrə bütün ixtisasları (məs. Müalicə işi, Pediatriya istiqaməti üzrə 65 ixtisas) seçmək imkanı verilir, Siz öz arzu və istəklərinizə uyğun olan ixtisasları seçin ki, sonradan imtina etmək zərurəti ilə qarşılaşmayasınız. Nəzərə alın ki, Sizin qəbul olunduğunuz, lakin arzunuza uyğun olmayan ixtisasdan sonradan imtina etməyiniz, başqa bir namizədin arzusuna çatmaması, eyni zamanda plan yerinin boş qalması və dövlət büdcəsindən ayrılan maliyə vəsaitinin səmərəsiz xərclənməsi ilə nəticələnir”.
Qeyd edək ki, rezidentura səviyyəsində təhsil proqramı «Təhsil
haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq
olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın
tələblərinə, “Rezidentura təhsilinin məzmunu və təşkili
Qaydaları”na və “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan
ixtisasların Təsnifatı”na uyğun hazırlanıb.
Səhiyyə Nazirliyi tərəfindən klinik baza kimi müəyyən edilmiş elm, təhsil və tibb müəssisələri, habelə aparıcı klinikalar təhsil proqramının tələblərinə uyğun olaraq rezident hazırlığını həyata keçirməyə, xəstələrin diaqnostikasının, müalicə və profilaktikasının aparılmasını təmin etməyə imkan verən yüksək səviyyəli maddi-texniki bazaya və elmi-pedaqoji kadr potensialına malikdir. İstənilən ixtisas üzrə həkim-mütəxəssis hazırlığı nəzəri təlim, ixtisas və ixtisaslaşma fənləri üzrə mühazirə, məşğələ, seminar, məsləhət, eləcə də kuratorun rəhbərliyi və nəzarəti altında müalicə-profilaktik işlərinin aparılması və s. formalarda həyata keçirilir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR