“Azadlıq radiosu”ndan dindarları aşağılayan Ramazan “foto”su - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Azadlıq radiosu”ndan dindarları aşağılayan Ramazan “foto”su - FOTOLAR

“Azadlıq radiosu”nun Azərbaycan xidməti müqəddəs Ramazan bayramı ilə bağlı xəbərində (http://www.azadliq.org/content/article/27133758.html) dindarları aşağılayan foto yerləşdirib.

Publika.az xəbər verir ki, media orqanı “Moskvada kütləvi Ramazan namazı” başlıqlı xəbərində dindarların guya açıq-saçıq reklam lövhəsinin altında namaz qıldıqlarını əks etdirən foto yerləşdirib. Halbuki həmin foto bir neçə il bundan əvvəl Rusiya saytlarından biri tərəfindən kollaj edilib. Təəccüblü məqam ondan ibarətdir ki, “Moskvada kütləvi Ramazan namazı” başqa KİV orqanının – “ANS Press”in xəbəridir. “Azadlıq radiosu” xəbəri həmin mətbu orqana istinadən versə də, materialın fotosunu yox, məhz kollaj edilmiş fotonu seçib.

Yeri gəlmişkən, “Azadlıq radiosu”nun istinad etdiyi KİV orqanının xəbərində Rusiya paytaxtında bayram günü yalnız nəqliyyatın hərəkəti deyil, açıq-saçıq reklam lövhələrinin yayımı da məhdudlaşdırıldığı bildirilir. Hətta o da qeyd olunur ki, Moskva meriyası məscidlərə yaxın yerlərdə quraşdırılmış bu qəbilədən olan reklam stendlərini söküb. Lakin “Azadlıq radiosu” xəbərin bu hissəsini təhrif edərək onu kollajla birlikdə verib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm