Qırmızı.az
Yeni təhlükəli virusdan necə qorunaq? – HƏKİM MƏSLƏHƏTİ
“Bır sıra Şərq ölkələrində yayılmış koronovirusa qarşı ölkə ərazisində tədbirlər gücləndirilib. Belə bir fakt aşkarlanarsa, qan nümunələri Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına gətirilib müayinə ediləcək”.
Bu barədə Publika.az-a Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi Təhlükəli Yoluxucu Xəstəliklərin Epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova məlumat verib.
Onun sözlərinə görə, RTƏS-də virus aşkarlamaq üçün bütün lazımi testlər, laborator dəstlər var. Bu xəstəliyə qarşı müalicə tətbiq etmək üçün də imkanlar yetərincədir.
R.İsmayılova bu vaxta qədər virusa yoluxma ilə bağlı şübhəli halın aşkarlanmadığını bildirib.
“Virus hava-damcı yolu ilə yayılır. Ona görə də, insanlara məsləhət görürük ki, maskalardan istifadə etsinlər, şəxsi gigiyena qaydalarına əməl etsinlər. Əlləri yumamış onu ağıza, gözə və buruna toxunmaq olmaz. Gün ərzində əlləri bir neçə dəfə sabunla yumaq lazımdır. Xəstəliyin əlamətləri yüksək hərarət, öskürək, boğaz ağrısıdır. Daha sonra bu əlamətlərə tənəffüs, ürək çatışmazlığı, ishal da əlavə olunur, simptomlar ağırlaşır. Virusun inkubasiya-gizli dövrü 7-14 gündür, bundan sonra kliniki əlamətlər başlayır. Virusa qarşı peyvənd olmasa da, xəstəlik əlamətləri aşkarlanan kimi həkimə müraciət etməlidirlər ki, ağırlaşma olmasın. Virusa qarşı müalicə olmadığına görə, simptomatik müalicə aparılır. İmmuniteti zəif, ikincili xəstəliyi olanlar və həkimə gec müraciət edildiyi halda ölüm qaçılmaz olur”.
R.İsmayılovanın sözlərinə görə, əhalinin sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılacaq.
“Əvvəllər də həmişə əhalinin sıx olduğu yerlərdə xəstəliklərə qarşı dezinfeksiya tədbirlər görülürdü. Bundan sonra da avtovağzallar, tədbirlər keçirilən obyektlərdə dezinfeksiya işlərini aparacağıq. Respublika Karantin Müfəttişliyinə də bu barədə məlumat verilib. Virus yayılmış ölkələrdən gələnlər arasında şübhəli şəxs olarsa, Taun Əleyhinə Stansiyaya göndərilməlidir, həmin ölkələrə gedənlər bu virus barədə məlumatlandırılır”.
Qeyd edək ki, ilk dəfə bu xəstəliyə yoluxma halı 2012-ci ildə Səudiyyə Ərəbistanında aşkarlanıb və daha sonra Cənubi Koreyada kütləvi şəkildə yayılıb.2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanıb və hazırda davam etməkdədir.
Ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat edib. Azərbaycan Respublikası Səhiyyə Naziri də ölkə ərazisində virusa qarşı tədbirlərin görülməsi üçün əmr imzalayıb.
Gülxar
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu