Hərbi həkim olmaq istəyənlərin nəzərinə!
Bizi izləyin

Qırmızı.az

Hərbi həkim olmaq istəyənlərin nəzərinə!

Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsinə müsabiqə zamanı boş qalmış (hərbi həkim işi ixtisası üzrə) 20 yerə qəbul həyata keçirilir.

Bu barədə Publika.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bildirilib ki, bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyul ayının 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 9:00-dan 17:00-dək müraciət etməlidirlər.

Qeydiyyat, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində aparılır (ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisi. Əlaqə telefonu: 541-13-36).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm