Qırmızı.az
Ali məktəblərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlandı
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri elan olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən
məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə
məlumatı TQDK-nın internet saytından və ya iş nömrələrini bütün
mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə
bilərlər.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11
illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin
müsabiqəsində iştirak etmək üçün 16808 abituriyent ixtisas seçimi
edib.
Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan
yerlərinə 572 nəfər, tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə 5969 nəfər qəbul olub.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul
olanların siyahısı “Abituriyent” jurnalının 9-cı sayında, tam orta
orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc
olunacaq.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta
orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
olan abituriyentlər avqustun 21-dən 27-dək sənədlərini daxil
olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan
keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin
müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi
qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə
göndərilməyəcək.
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?