Qırmızı.az
Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib - FOTO
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib.
Heydər Əliyev Fondundan Publika.az-a verilən
məlumata görə, www.mehriban-aliyeva.az ünvanında yerləşən sayt
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyatı və
ictimai-siyasi fəaliyyətini əks etdirir.
“Xəbərlər”, “Bioqrafiya”, “Fəaliyyət”, “Səfərlər”, “Görüşlər”,
“Müsahibələr”, “Çıxışlar” və digər bölmələrdən ibarət olan saytda
Mehriban Əliyevanın Heydər Əliyev Fondu və Azərbaycan Gimnastika
Federasiyasının prezidenti, Azərbaycan Mədəniyyəti Fondunun
rəhbəri, millət vəkili, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi
fəaliyyəti, çıxışları və müsahibələri, eləcə də həyatına dair
müxtəlif məlumatlar, foto və videolar izləyicilərə təqdim
olunur.
Azərbaycan, rus və ingilis dillərində hazırlanmış saytda, həmçinin
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təltif olunduğu
müxtəlif mükafatlar barədə məlumatlar, mətbuatda yer almış
məqalələr yerləşdirilib.
İzləyicilər saytın foto və video bölməsində Mehriban Əliyevanın
ictimai-siyasi fəaliyyəti ilə yanaşı, ailə fotoalbomu, eyni zamanda
ölkənin birinci xanımının iştirak etdiyi ayrı-ayrı tədbirlər,
görüşlər zamanı maraqlı anları əks etdirən fotolarla da tanış ola
bilərlər.
Saytda uşaqlar üçün səhifə də yaradılıb. Bu səhifədə Mehriban
Əliyevanın çoxşaxəli fəaliyyətində uşaqlara qayğının əsas yer
tutması barədə məlumat verilir, həmçinin onlar üçün “Azərbaycanım”,
“Oyunlar”, “Bu maraqlıdır” kimi bölmələrdə maarifləndirici oyun və
məlumatlar təqdim olunur. “Azərbaycanım” bölməsində uşaqlara
tariximiz, adət-ənənələrimiz, unudulmaz tarixlərimiz barəsində
informasiyalar çatdırılır. Saytda uşaqlar üçün yaradılan səhifədə
eyni zamanda müxtəlif cizgi filmlərini də izləmək mümkün
olacaq.
Qeyd edək ki, saytın mobil telefon və planşetlər üçün versiyası da
istifadəyə verilib.
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR