Qırmızı.az
Birinci xanım Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərin hamısına minnətdarlığını bildirir
Hörmətli oxucular,
Əziz dostlar!
Ad günüm münasibətilə KİV-lər, sosial şəbəkələr, Azərbaycanın müxtəlif regionlarından və xarici ölkələrdən məktublar və teleqramlar vasitəsilə aldığım çoxsaylı təbriklər üçün hamınıza səmimi qəlbdən təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər ki, siz mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız. Hamınıza “Çox sağ olun” deyirəm! Mən məktublarınızdan çox böyük müsbət enerji aldım. Öz məhəbbətlərini belə sadə, gözəl və səmimi ifadə edən uşaqların təbrikləri məni çox mütəəssir etdi.
Mən sizin diqqətinizi yüksək qiymətləndirirəm və hər birinizə minnətdaram. Sizin arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə minnətdaram. Məhəbbətinizə və etimadınıza görə sağ olun.
Artıq uzun illərdir ki, mən həyatımın ən müxtəlif məqamlarında sizin dəstəyinizi hiss edirəm. Məhz siz və sizin mənə inamınız məni ruhlandırır və əlavə qüvvə verir.
Sözlərin və vədlərin müəyyən müddətdən sonra unudulmaq xüsusiyyəti var. Amma həyata keçirilən ideyaların nəticələri heç vaxt yaddan çıxmır. Sizin təbriklərinizi mənim fəaliyyətimə, mənim zəhmətimə ehtiramın əlaməti kimi dəyərləndirirəm.
Əziz dostlar!
Hər birinizə ayrılıqda cavab verməyə fiziki imkanım olmadığı üçün bir daha hamınıza xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə, ailələrinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik, aydınlıq və məhəbbət arzu edirəm.
Məhəbbətlə,
Mehriban Əliyeva
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım