Qırmızı.az
Azərbaycanda anomal soyuq havanın səbəbləri açıqlandı
"Son günlər davam edən hava şəraiti Azərbaycan üçün anomal iqlim hadisəsi sayılır".
Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya elmlər doktoru Elbrus Əlizadə deyib.
O bildirib ki, küləklərin həddən artıq güclü əsməsi, quraq hava şəraitindən sonra yağıntıların çox düşməsi anomal iqlim hadisədir: "İl ərzində bir neçə dəfə Azərbaycanda anomal hadisələr baş verir. Buna səbəb ölkəmizə şimal-qərbdən və şimal-şərqdən rütubətli dəniz hava kütələrinin daxil olmasıdır. Nəticədə də yüksək təzyiq fərqindən güclü küləklər yaranır və özü ilə küllü miqdarda yağıntı gətirir".
E.Əlizadənin sözlərinə görə, Azərbaycan ərazisi atmosfer cəbhəsində yerləşir: "Azərbaycan ərazisində isti və soyuq hava kütlələri toqquşur, bu səbəbdən də ildırım və şimşək çaxmaları çox müşahidə olunur. Müxtəlif xassəli hava kütlələri toqquşanda, onların arasında kəskin fərq yarananda ildırım və şimşək kimi təbiət hadisələri baş verir".
Direktor müavini qeyd edib ki, son günlər davam edən intensiv yağışlar sürüşmə hadisələrinin aktivləşməsi ehtimalını artırır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR