Qırmızı.az
Baş Prokurorluğun kollektivi 2800 nəfəri sevindirdi
Novruz bayramı münasibətilə bu gün Azərbaycan Baş Prokurorluğunun kollektivi tərəfindən Bərdə rayonunun Meşəçilik institutunun ərazisində məskunlaşmış 704 ailədən ibarət 2800 qaçqın və məcburi köçkünə ərzaq yardımı göstərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publikaaz-a verilən məlumata görə, Baş Prokurorluğun, rayonvə şəhər prokurorluqlarının əməkdaşları Bərdə şəhərində məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər, onların sosial-məişət şəraiti ilə yaxından tanış olublar.
Görüşdə çıxış edən Baş Prokurorluğun idarə rəisinin müavini Əli Abdullayev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün prezident İlham Əliyev tərəfindən görülən məqsədyönlü siyasət tədbirləri barədə qaçqın və məcburi köçkünlərə ətraflı məlumat verib. Görüşdə vurğulanıb ki, dövlət başçısının rəhbərliyi ilə yürüdülən siyasət nəticəsində Dağlıq Qarabağ problemi dövlətimizin və xalqımızın mənafeyinə uyğun şəkildə həll olunacaq, işğal edilmiş torpaqlarımız azad ediləcək.
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO