Qırmızı.az
Nazirlikdə yeni şöbə yaradılıb
Iqtisadiyyat və Sənaye Nazirliyində Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi yaradılıb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin strukturunda dəyişiklik edilib.
Sahibkarlığın inkişafı siyasəti şöbəsinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib. 195-2 Çağrı Mərkəzinin səlahiyyətləri genişdirilmiş, Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi yaradılıb.
Yeni şöbə sahibkarlara və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə xüsusi razılığın (lisenziya) verilməsi sahəsində xidməti təşkil edəcək.
Qeyd edək ki, prezidentin 19 oktyabr 2015-ci il tarixli
"Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan
növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya)
verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin
edilməsi haqqında" Fərmanına əsasən, bütün xüsusi razılıqlar
(lisenziyalar) İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN
xidmət" mərkəzlərində veriləcək. Hazırda İqtisadiyyat və Sənaye
Nazirliyi tərəfindən lisenziyaların sayının azaldılmasına və
prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlanır.
Eyni zamanda, texniki-təşkilati istiqamətlərdə də işlər davam
etdirilir, "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək
səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin
əməkdaşlarına treninqlər keçirilir.
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım