Qırmızı.az
Arzu Əliyevanın filmi Fransa telekanalında – FOTOLAR
Fransanın “TV5Monde” beynəlxalq televiziya kanalında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib.
Publika.az xəbər verir ki, Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaq məqsədilə çəkilən film faşizm üzərində Qələbənin 70 illiyinə həsr edilib.
Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxlu sayda sənəd araşdırılıb. Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi noyabrın 13-də yerli vaxtla gecə saat 01:30–da “TV5Monde” televiziya kanalında yenidən yayımlanacaq. Filmə noyabrın 15-dək kanalın internet saytında da baxmaq olar.
-
Nida Xəbər 00:47Bakıda müşahidə olunan dronlarla bağlı ekspert açıqlaması - Bu, açıq-aşkar göstərir ki...
-
Sosial00:25Bu gün İlaxır çərşənbədir
-
Sosial16 Mart 23:00İşləyənlərin nəzərinə: 19 martla bağlı qərar verildi
-
Sosial16 Mart 22:18Bakı metrosunda yeni qadağa: 30 manat cərimələnmək istəmirsizsə... - Foto
-
ABŞ16 Mart 21:39Trampdan bu ölkələrə çağırış: Gəlib bizə kömək edin!
-
Ekologiya16 Mart 21:26Güclü maqnit qasırğası baş verəcək - Xəbərdarlıq edildi
-
İnanc16 Mart 19:30Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
-
İdman16 Mart 19:20Abramoviçin vaxtındakı pozuntular: “Çelsi” cəzalandı





























