Qırmızı.az
Problem düzəldi: məhsullarımız buraxıldı - RƏSMİ
Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının Dağıstanın Dərbənd şəhərinin dəmiryol deposundan daşınması ilə bağlı yaranmış problem aradan qaldırılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, noyabrın 26-da iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov və kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olublar.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Dağıstan
Respublikasının baş naziri ilə görüşüb, yükdaşımalarda yaranmış
problemlər müzakirə edilib. Azərbaycan nümayəndə heyəti Dərbənd
dəmiryol deposunda saxlanılan yüklərə baxış keçirib.
Artıq depoda saxlanılan 180 vaqonun 120-dən kənd təsərrüfatı
məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiyanın müxtəlif
bölgələrinə yola salınıb.
Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir.
GÜLXAR
-
Region13:45
Ermənistanın bir hissəsi su altında qaldı: 1 nəfər öldü, 232 nəfər təxliyə edildi - YENİLƏNDİ
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?
-
Magazin110:00
"Bu dəfə badalağı özün qoyursan ki, bir daha ayağa qalxmasın" - Cabbar Musayev