Qırmızı.az
ARDNŞ-nin Gürcüstanda fəaliyyəti genişlənir
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın yanacaq bazarında ön mövqe tutmaqla yanaşı, digər layihələrin reallaşdırılmasında da fəaliyyətini genişləndirir. Şirkətin “Qudvil” ticarət mərkəzi ilə birgə layihəsi çərçivəsində Tbilisi və soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin inzibati mərkəzi Rustavi şəhəri arasındakı mərkəzi avtomobil yolunun Lilo yaşayış məhəlləsi yerləşən sahəsində böyük ticarət obyekti və yeni yanacaqdoldurma stansiyası inşa olunub istifadəyə verilmişdir. Ticarət obyektində 45, yanacaqdoldurma stansiyasında isə 17 nəfərin işlə təmin olunduğu bildirilib. Altı yüz kvadratmetr ərazini əhatə edən ticarət obyekti Almaniya və Yaponiya avadanlığı ilə təchiz olunub. Burada istehlakçılar üçün kafe-bar və simsiz internet də fəaliyyət göstərir. Obyektlərin açılışında ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqaları iştirak ediblər. |
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu