İki əsr yaşı olan boyunbağılar Tarix Muzeyində
Bizi izləyin

Qırmızı.az

İki əsr yaşı olan boyunbağılar Tarix Muzeyində

AMEA Milli Azərbaycan Tarixi Muzeyi unikal qızıl və gümüş boyunbağılar əldə edib.

Muzeydən Publika.az-a verilən məlumata görə, XIX əsrə aid qızıl boyunbaği çəçikin çəkisi 41,4 qramdır. Beş cərgəli çəçiyin hər cərgəsində 16 ədəd müxtəlif formalı asmalar var. Boyunbağının cərgələri balıq, ay, göy qaşlı ulduzlar, mərkəzində qırmızı qaşlı gül formaları və yumru təsvirli lövhələrdən ibarətdir.

XIX əsrin sonu XX əsrə aid qızıl boyunbağı qırmızı və qara muncuqlu arpa formalar, nəbati naxışlı yumru lövhə - “babaxanı”dan ibarətdir. Mərkəzində qırmızı qaşlı nəbati təsvirli medalyon var. Çəkisi 24,7 qramdır.

XX ərə məxsus olan 3-cü qızıl boyunbağı 31 ədəd yumru qızıl muncuqdan ibarətdir, mərkəzində 1 ədəd 1890-cı il Avstriya imperiyasına aid sikkə-medalyon var. Bu boyunbağıya 16,1 qram qızıl işlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm