Qırmızı.az
Ucarda yol qəzası baş verib, ölən var
Ucar rayonu, Mürsülü kəndində (rayon mərkəzindən 25 km aralı) minik avtomobilləri ilə yük avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.
Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, dərhal FHN-in müvafiq xilaetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində "Mercedes" markalı minik avtomobilində sərnişin 1961-ci il təvəllüdlü Həqiqət Şükür qızı Cabbarovanın cəsədi sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən H.Cabbarovanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq