Qırmızı.az
Müdafiə Nazirliyinin zabiti həbs olundu
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində (HDQ) yüksək post tutan rəis və komandirlər arasında daha bir zabit həbs olunub.
AzNews.az xəbər verir ki, HDQ-in Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov ağır cinayətdə ittiham olunaraq, barəsində həbs-qətimkan tədbiri seçilib.
İttihama görə, İ.Əsgərov HDQ-nın Avtomobil Xidmətinin rəisi və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri işlədiyi zaman hərbi birləşmənin Mənzil İstismar Sahəsinin balansında olan mülkiyyəti saxta sənədlə satıb. O, bu əməli sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyevin vasitəsilə həyata keçirib. Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə və digər cinayətlərdə ittiham olunaraq, barəsində həbs-qətimkan tədbiri seçilən Elxan Hacıyev isə İ. Əsgərova cinayət əməlini həyata keçirməkdə HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çalışan oğlu Rövzat Hacıyevlə kömək edib. Hazırda R.Hacıyev də işdən çıxarılaraq, istintaqa cəlb edilib.
İstintaq İ.Əsgərovun başqa cinayətlər törətməsi istiqamətində də araşdırma aparır.
Xatırladaq ki, Zakir Həsənov Müdafiə naziri təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev həbs olunub. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu