Nazir bəzi idarə rəislərini işdən qovdu
Bizi izləyin

Qırmızı.az

Nazir bəzi idarə rəislərini işdən qovdu

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov bir sıra Rayon və Şəhər Baytarlıq İdarələrinin rəislərini işdən azad edib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin bugünkü kollegiya iclasında qərar verilib. Kollegiyanın qərarına əsasən işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilib.

2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilib. 1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib, 4 Rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon Baytarlıq İdarəsinin rəisinə töhmət elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm