Mədə xərçəngi iki dəfə gəncləşib
Bizi izləyin

Qırmızı.az

Mədə xərçəngi iki dəfə gəncləşib

Son illər mədə və düz bağırsaq xərçəngindən əziyyət çəkənlərin sayı artıb, xəstəlik yaşı isə gəncləşir.

Bunu Publika.az-a açıqlamasında Milli Onkologiya Mərkəzinin abdominal onkologiya şöbəsinin həkim cərrahı Dadaş Allahverdiyev deyib.

Onun sözlərinə görə, paytaxtla müqayisədə bölgələrdən mədə və düz bağırsaq xərçəngi ilə müraciət edənlərin sayı daha çoxdur:

“İldən-ilə xərçəng xəstəliyinə tutulma sayı artır, xəstələrin yaşı da azalıb. Ədəbiyyatda mədə xərçəngi adətən 50 yaşdan sonra yarandığı qeyd olunub. Lakin bu gün 25 yaşında mədə xərçəngindən əziyyət çəkən insanlara da rast gəlirik. Mədə xərçəngindən əziyyət çəkənlər arasında kişilər üstünlük təşkil edir”.

D.Allahverdiyev bildirib ki, oturaq həyat tərzi keçirən və normal qidalanmayan insanlarda düz bağırsaq xərçənginə yoluxma halı daha çox olur.

“Mədə xorasından daha çox, mədədə qastrit xəstəliklərindən əziyyət çəkən insanlarda xərçəng yaranma riski daha çoxdur. Tez-tez həkim müayinəsində olmaq, düzgün qidalanmaq, fiziki aktivlik, stressdən uzaq olmaq lazımdır. Altı aydan bir profilaktik müayinədən keçsinlər. Qidalanandan sonra oturmaq, siqaret mədə xərçənginə yoluxma ehtimalını artırır”

Qeyd edək ki, 2014-cü il ərzində 382 nəfər qida borusu, 983 nəfər mədə xərçəngi, 431 düz bağırsağın, 182qırtlaq xərçəngindən əziyyət çəkir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm