Müdafiə Nazirliyi: Düşmən tərəfinin itkiləri daha çox olur
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi: Düşmən tərəfinin itkiləri daha çox olur

Düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə daha çox olur. Bu barədə Publika.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, erməni hərbi rəhbərliyinin silahlı qüvvələrində baş verən çoxsaylı itkilərini əhalisindən gizlətməsi barədə Azərbaycan tərəfi dəfələrlə məlumat verib: "Həqiqətdə isə düşmən tərəfinin həm döyüş, həm də qeyri-döyüş itkiləri həmişə daha çox olur".

Qeyd olunub ki, bu gün də baş verən insidentdə tələfatın sayı çox olduğundan və qarşı tərəf ölənlər barədə məlumatı gizlədə bilməyəcəyindən məlumatı açıqlayıb: "Çox güman ki, baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumatları da erməni ictimaiyyətindən gizlətməsi mümkün olmayacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm