Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verib
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi “Novruz mühazirələri”nə start verib

Fevralın 23-də İçərişəhərdəki “Muğam klub”da ilk “Novruz mühazirəsi” keçirilib.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə nazirliyin əməkdaşları, ali təhsil müəssisələrinin müəllim və tələbələri, təhsil ekspertləri iştirak ediblər.

“Novruz mühazirələri”nin ilk görüşündə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Davamlı inkişaf yaşıl düşüncə kontekstində” mövzusundan bəhs edib. U.Ələkbərov Təhsil Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib və dünyanın bir çox ölkələrində müvafiq mühazirələrin keçirildiyini deyib. Akademik dünya ölkələrinin inkişaf göstəriciləri, innovativ inkişafa təsir edən amillər, Azərbaycanın davamlı inkişafı mövzuları ətrafında fikir və düşüncələrini bölüşüb. Davamlı inkişaf sahəsində kadr potensialının formalaşması, inkişafın ölkə tarixindən asılılığı və innovativ idarəetmə: dövlət proqramlarının milli proqramlara transformasiyası məsələlərinə toxunan U.Ələkbərov müvafiq sahələrdə Azərbaycan və bir sıra digər dünya ölkələri üzrə müqayisəli statistikanı təhlil edib.

Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsinə əsaslanan müzakirələr aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm